Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilib

Şahbuz, 17 dekabr, AZƏRTAC

Dekabrın 17-də Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verərək deyib ki, tikinti işləri “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti və Almaniyanın “Bioworks” şirkəti tərəfindən həyata keçirilib. Almaniya və İtaliya istehsalı olan ən müasir avadanlıqlar quraşdırılan təmizləyici qurğular sistemi gün ərzində 2800 kubmetr çirkab su təmizləmək gücünə malikdir. İri tullantı və qumtutucu qurğu binasından, hovuzlardan, mexaniki filtirli təmizləyici qurğudan, palçıqqurutma qurğusundan, idarəetmə və kompressor binalarından ibarət olan sistemin hovuzlarının tutumu 7200 kubmetrdir.

Təmizləyici qurğu 3 mərhələli – fiziki, bioloji və mexaniki filtirli təmizləmə sistemlərindən ibarətdir. Daxil olan su əvvəlcə fiziki təmizlənir və 1 millimetrdən böyük olan tullantılar kənarlaşdırılır. Sonra su bioloji təmizləmədən keçirilir. Bu zaman hovuzlara oksigen vurulur və lil çökdürülür. İkinci mərhələ də başa çatdıqdan sonra su mexaniki filtirlərdə 10 mikrona qədər təmizlənir və təsərrüfat suyu kimi Naxçıvançaya axıdılır. Lilçökdürücü hovuzdan nasoslar vasitəsilə çənlərə vurulan lil lilqurutma qurğusunda tam susuzlaşdırıldıqdan sonra ərazidən daşınır.

“Bioworks” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Yusif Məmmədli çıxış edərək deyib ki, təmsil etdiyi şirkət tərəfindən dünyanın 22 ölkəsində 150-dən çox layihə həyata keçirilib. Şahbuz şəhərində istifadəyə verilən təmizləyici qurğu “Bioworks” şirkətinin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi ikinci layihədir. Tikinti işləri aparılarkən şirkət tərəfindən ən son yeniliklər tətbiq olunub ki, bu da istismar və xidmət xərclərini minimuma endirib. Muxtar respublikada bütün sahələrdə həyata keçirilən kompleks infrastruktur tədbirləri, xüsusilə də yerli mütəxəssislərin yeni texnologiyaları peşəkarcasına mənimsəməsi “Bioworks” şirkəti tərəfindən məmnunluqla qarşılanır və təqdir olunur. Yusif Məmmədli yaradılan şəraitə və uğurlu əməkdaşlığa görə “Bioworks” şirkəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada ikinci mühüm təmizləyici qurğular sisteminin istifadəyə verildiyini bildirib, bu işdə əməyi olanlara təşəkkür edərək deyib: Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ölkəmizdə, eyni zamanda, muxtar respublikada rayon və şəhər mərkəzlərinin, eləcə də ətraf kəndlərin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir. Ölkəmizdə bu sahədə görülən işlər mühüm əhəmiyyətə malikdir. Çünki insanların dünya səhiyyə standartlarına uyğun içməli su ilə təminatı və yaşayış məntəqələrində kanalizasiya sistemlərinin qurulması hər bir ölkənin əsas inkişaf göstəricilərindən hesab olunur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublika əhalisinin 40 faizdən çoxu beynəlxalq standartların tələblərinə uyğun içməli su ilə təmin olunur və bu sahədə görülən işlər davam etdirilir. Artıq bir neçə ildən sonra muxtar respublikanın bütün şəhər və rayon mərkəzləri, ətraf kəndləri tamamilə təmiz içməli su və kanalizasiya sistemi ilə təmin olunacaqdır.

Ali Məclisin Sədri deyib: Ölkə Prezidentinin iştirakı ilə muxtar respublikada içməli su və kanalizasiya sistemlərinin birinci mərhələsinin açılışı olmuşdur. Bu gün istifadəyə verilən Şahbuz şəhər təmizləyici qurğular sisteminin qurulmasına 10 milyon manatdan artıq vəsait sərf olunmuşdur. Şahbuz şəhərində bu sistemin qurulması vacib idi. Çünki bir ərazi abadlaşdırılarkən digər ərazinin korlanmasına yol vermək olmazdı. Təmizləyici qurğunun istifadəyə verilməsi 100 milyon kubmetr həcmi olan Heydər Əliyev Su Anbarının çirklənməsinin qarşısını alacaqdır. Eyni zamanda, su anbarında balıqçılığın inkişafı üçün problemlər yaranmayacaqdır.

Ali Məclisin Sədri deyib: Şəhərlərdə abadlığın və təmizliyin ən mühüm şərti müasir içməli su və kanalizasiya sistemlərinin qurulmasıdır. Şahbuz şəhərində bu tədbirlər uğurla həyata keçirilib, içməli su və kanalizasiya sistemləri çəkilib. Bu gün isə təmizləyici qurğu istifadəyə verildi. Təmizləyici qurğu özünü doğruldacaq, təmizlənmiş su təkrar emala qayıdacaq, təsərrüfat suyu kimi ətraf ərazilərin yaşıllaşdırılmasında və əkin sahələrinin suvarılmasında istifadə olunacaqdır. Görülən işlər dövlət vəsaiti hesabına həyata keçirilib. Ona görə də qurulanlardan səmərəli istifadə olunmalıdır. Çünki bu gün 15 minə yaxın əhaliyə xidmət göstərən yeni sistem gələcəkdə əhali artımı da nəzərə almaqla uzun illər istismar olunacaqdır. Gələcəkdə muxtar respublikanın digər rayon mərkəzlərində də bu layihələr həyata keçiriləcəkdir.

Ali Məclisin Sədri təmizləyici qurğunun istifadəyə verilməsi münasibətilə sakinləri və tədbir iştirakçılarını təbrik edib.

Şahbuz şəhər sakini Tamleyxa Cəbiyev çıxış edərək deyib: Ulu Öndərimizin siyasi xəttinin davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını yüksək tərəqqi və inkişaf mərhələsinə yüksəldib. Bu gün muxtar respublikanın hər yerində, o cümlədən Şahbuz rayonunda geniş quruculuq işləri aparılır. Bir vaxtlar uçuq-sökük binaları ilə kəndi xatırladan Şahbuz qəsəbəsi bu gün müasir infrastruktura malik olan şəhərdir. 2007-ci ildə Şahbuz qəsəbəsinə şəhər statusu verilib, 2013-cü ildə şəhərin ərazisi genişləndirilib. Şahbuz şəhəri bu gün böyük tikinti meydançasına çevrilib. Hazırda şəhərdə mədəniyyət sarayının, aviakassanın və çoxmərtəbəli yaşayış binasının tikintisi aparılır. Həyata keçirilən infrastruktur layihələri, xüsusilə içməli su və kanalizasiya sistemlərinin qurulması rayon əhalisinə göstərilən qayğının daha bir ifadəsidir. Bu gün təmizləyici qurğunun istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Mövcud olduğu 90 il ərzində heç vaxt Şahbuz rayonuna bu qədər diqqət və qayğı göstərilməyib. Tamleyxa Cəbiyev yaradılan şəraitə görə rayon əhalisi adından minnətdarlıq edib.

Sonra açılışı bildirən lent kəsilib.

İdarəetmə binasında işçilər üçün lazımi şərait yaradılıb, laboratoriya, idarəetmə otağı və yeməkxana istifadəyə verilib. Bildirilib ki, iş prosesinə mərkəzdən nəzarət edilir və kompüter vasitəsilə idarə olunur. İdarəetmə otağında təmizləyici qurğunun iş prosesini əks etdirən videoçarx nümayiş olunub.

Qurğunun yerləşdiyi sahənin sel sularından qorunması məqsədilə 220 metr istinad divarı tikilib, həmçinin qrunt sularının kənarlaşdırılması üçün 180 metr drenaj xətti çəkilib.

Ali Məclisin Sədri Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində və təmizləyici qurğunun ətrafında aparılacaq yaşıllaşdırma tədbirlərinin layihəsinə baxıb, təmizlənmiş təsərrüfat suyundan səmərəli istifadə olunması və ərazidə yaşıllıqların salınması barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq VİDEO

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub VİDEO

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib