REGİONLAR


Şahbuz şəhərindəki Ahıllar Evinin sakinləri tibbi müayinələrdən keçiriliblər

Şahbuz, 15 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Şahbuz şəhərindəki Ahıllar Evində humanitar tibbi aksiya keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tibbi aksiyada Naxçıvan Muxtar Respublika Xəstəxanasının 20-yə yaxın ixtisaslı həkim heyəti iştirak edib. Sakinlər ayrı-ayrılıqda stomatoloq, prakotoloq, göz, travmatoloq, uroloq, radioloq, lor, terapevt, cərrah və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunub. Hər hansı bir xəstəliyi aşkarlanan sakinə müalicə təyin edilib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasından gətirilən ultrasəs aparatı vasitəsilə sakinlərin daxili orqanları da müayinə olunub, Ahıllar Evinə müxtəlif tibbi ləvazimatlar verilib.

Ahıllar Evinin sakinlərindən olan Məhərrəm İbrahimov onlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Qeyd edək ki, həkim briqadası rayonun Aşağı Qışlaq və Badamlı kəndlərində də olub, evlərində sosial xidmət göstərilən ahılları və onların ailə üzvlərini də müayinədən keçiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.