REGİONLAR


Şahbuzda hərbçilərimizə 6 tona yaxın meyvə sovqatı verilib

Şahbuz, 4 iyul, AZƏRTAC

Muxtar respublikada torpaqlarımızın keşiyini çəkən əsgərlərimizə xalq-ordu birliyinin nümayişi olaraq meyvə-tərəvəz sovqatlarının göndərilməsi davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əsgər və zabitlərlə növbəti görüş Şahbuz rayonunda olub, hərbçilərə meyvə sovqatı təqdim edilib. Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşlarının əsgər və zabit heyəti ilə görüşündə vurğulanıb ki, muxtar respublikada, o cümlədən Şahbuz rayonunda yeni yaşıllıq sahələrinin salınması, mövcud sahələrə qulluq göstərilməsi nəticəsində meyvə bağlarından mövsümi bol məhsul tədarük edilib. Bağlardan yığılan məhsullardan sovqat kimi hərbçilərimizə gətirilməsi isə ordu ilə xalqın daim sıx birliyini göstərir, güclü ordumuza mənəvi dəstəkdən xəbər verir. İcra hakimiyyətinin kollektivi Vətənə layiqli xidmət edən hərbçilərimizə uğurlar arzulayıblar.

Əsgər və zabitlər nəcib təşəbbüsə görə şəxsi heyət adından minnətdarlıq ediblər.

Sonra bağlardan tədarük edilən 6 tona yaxın alma, ərik, alça və gilənar hərbi hissəyə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.