REGİONLAR


Şahbuzda yeni yaşıllıq sahəsi salınıb

Şahbuz, 10 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Şahbuz şəhərində yeni yaşıllıq sahəsi salınıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, şəhərdəki təmizləyici qurğuların ətrafındakı terras ərazilərdə tut və həmişəyaşıl ağacların tingləri əkilib. Ərazidə suvarma tədbirləri də görülüb, su xətti çəkilib.

Qeyd edək ki, yeni yaşıllıq sahəsinin salınması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təmizləyici qurğular sistemlərinin ətrafında yaşıllıq sahələrinin genişləndirilməsi barədə verdiyi tapşırığa uyğun olaraq aparılır. Bundan əvvəl də təmizləyici qurğular sisteminin ətrafında toxum və tinglə yaşıllaşdırma tədbirləri görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.