REGİONLAR


Şahbuzlu gənclərin Naxçıvan şəhərinə ekskursiyası təşkil edilib

Naxçıvan, 13 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şahbuz rayonundan olan fəal gənclərin “Naxçıvanı tanıyaq” devizi altında Naxçıvan şəhərinə ekskursiyası təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, gənclər ekskursiyaya Heydər Əliyev Muzeyindən başlayıblar. Muzeyin direktoru Ramin Orucəliyev Ümummilli Liderin həyatı və onun ictimai-siyasi fəaliyyəti barədə danışıb, gəncləri muzeydə sərgilənən dəyərli eksponatlarla tanış edib.

Gənclər Ədəbiyyat Muzeyində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar, Yusif Küseyir oğlu türbəsini ziyarət ediblər. Onlar Naxçıvan şəhərindəki Gənclər Mərkəzində müxtəlif intellektual və əyləncəli oyunlar da oynayıblar.

Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev mərkəzin qonağı olan şahbuzlu fəal gənclərlə görüşündə qonaqları fondla fəal əməkdaşlığa dəvət edib və belə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.