CƏMİYYƏT


Şahdağ Milli Parkına buraxılan nəcib marallardan birinin balası dünyaya gəlib

Bakı, 26 may, AZƏRTAC

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 2022-ci il noyabrın 11-də nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması layihəsi çərçivəsində Şahdağ Milli Parkına buraxılan nəcib marallardan birinin balası dünyaya gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda ana və balanın vəziyyəti yaxşıdır. Balanın çəkisi təxminən 5-6 kiloqramdır. Ana və bala fərd yırtıcılardan mühafizə məqsədilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində qapalı volyer şəraitində saxlanılır.

Qeyd edək ki, Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmiş nəcib maral keçmiş dövrlərdə Böyük və Kiçik Qafqazın, həmçinin Talış dağlarının meşələrində, Kür və Araz çaylarının Tuqay meşələrində yaşayıb.

Hazırda nəcib maral populyasiyalarına yalnız Böyük Qafqazda rast gəlinir. Bu növün meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, onun populyasiyasının bərpa edilməsi təbiətimiz üçün olduqca mühüm əhəmiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.