CƏMİYYƏT


Şahdağ Milli Parkının Bum meşəbəyliyinin ərazisində müxtəlifcinsli 16 ağacın kəsilməsi faktı aşkarlanıb

Bakı, 1 iyul, AZƏRTAC 

Şahdağ Milli Parkının əməkdaşları tərəfindən milli parkın Qəbələ bölməsinin Bum meşəbəyliyinin ərazisində müxtəlifcinsli 16 ağacın kəsildiyi və təbiətə 4218 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı ağacların Qəbələ rayon Tikanı kənd sakinləri Asim və Hidayət Şəfiyevlər tərəfindən kəsildiyi aşkar edilib. Faktla bağlı qanun pozucuları barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Qəbələ Rayon Prokurorluğuna göndərilib.

Nazirlik Qəbələ rayonunun əhalisinə, xüsusilə də Tikanı kəndinin sakinlərinə, kəndin icra nümayəndəliyi və bələdiyyəsinə, kənd ağsaqqallarına müraciət edərək bildirir ki, meşə sahələrinə belə münasibət göstərənlərə qarşı sərt mövqe tutsun, tənbeh etsin, qınağa çəksinlər. İctimai tənbeh, ictimai ifşa o vaxtadək olmalıdır ki, insanlar ağac kəsməyi, meşə sahələrinə ziyan vurmağı özlərinə ar bilsinlər, ağac kəsilməsini ən qəddar, insanlığa yaraşmayan hadisə kimi qəbul etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.