MƏDƏNİYYƏT
“Şahdağ” Qış-yay turizm kompleksində xidmət sahəsi üzrə təlim-tədris kursları keçiriləcək VİDEO
“Şahdağ” kompleksində xidmət səviyyəsini günün tələbi səviyyəsində qurulmasının vacibliyini nəzərə alaraq noyabrın 17-dən 24-dək Qusar rayonunda yerləşən “Şahdağ” Qış-yay turizm kompleksində xidmət sahəsi üzrə təlim-tədris kursları keçiriləcək”.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim-tədris kurslarında əsasən 5 sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması, mətbəxdə qida gigiyenası ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcəkdir.
Noyabrın 24-də kurslarda iştirak edəcək dinləyicilərə sertifikatların verilməsi ilə təlimlər başa çatacaqdır.
Qeyd edək ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur.