REGİONLAR
“Şahdağ” Turizm Mərkəzi qış mövsümünə yeniliklərlə start verib VİDEO
Qusar, 18 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzində yeddinci qış mövsümünə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mövsüm ilk dəfə olaraq kompleks ərazisində qonaqların rahatlığını təmin etmək üçün kinoteatr, gecə klubu, supermarket və başqa əyləncə və iaşə mərkəzləri istifadəyə verilib. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi qış əyləncəsi qonaqların zövqünü oxşayacaq.
“Şahdağ” Turizm Mərkəzində 15 kanat xətti, asma buraz yollar, xizəkçilik və snoubord mərkəzləri yerli və əcnəbi turistlərin xidmətindədir. Eyni zamanda, kurort ərazisində 24 saat fəaliyyət göstərən tibbi klinika, dağ xizəkçiliyi məktəbi, geniş avtomobil dayanacağı mövcuddur.
Bu mövsümdə əlavə bir neçə xizək zolaqlarının salınması da nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]