MƏDƏNİYYƏT


“Şahdağ” Turizm Mərkəzində turistlərin istirahəti üçün bütün infrastruktur yaradılıb

Bakı, 26 mart, AZƏRTAC

ABŞ-ın tanınmış 77WABC radiosunun aparıcısı Con Batçelor və nüfuzlu “The Washington Times” qəzetinin müxbiri Monika Krouli “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri Rodderix Mark Lefflerdən müsahibə alıblar.

AZƏRTAC xəbər verir ki, müsahibə zamanı “Şahdağ” Turizm Mərkəzində turistlərin istirahəti üçün bütün infrastrukturun yaradıldığı, buranın dünyanın nüfuzlu istirahət mərkəzləri ilə rəqabət apara biləcəyi qeyd olunub. Vurğulanıb ki, yerli turistlərlə yanaşı, Qazaxıstan, Rusiya və Avropanın bir sıra ölkələrindən gələn turistlər də “Şahdağ” Turizm Mərkəzində dincəlirlər.

2019-cu ildə mərkəzə rekord sayda xarici turistin gəldiyi diqqətə çatdırılıb. Bildirilib ki, hazırda Çin və Yaponiyadan olan turistlərin mərkəzə gələrək burada dincəlmələri üçün müvafiq işlər görülür.

Qeyd olunub ki, “Şahdağ” Turizm Mərkəzi Bakıdan cəmi 250 kilometr məsafədə yerləşir. Turistlərin istirahəti üçün burada əlverişli hava şəraitinin olduğu, üç SPA mərkəzinin fəaliyyət göstərdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, turistlərin idmanın 21 müxtəlif növü ilə məşğul olmaları üçün mərkəzdə geniş imkanlar yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.