İQTİSADİYYAT


“Şahdağ” elektrik stansiyasında 28,7 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub

“Şahdağ” elektrik stansiyasında 28,7 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub

Bakı, 29 oktyabr, AZƏRTAC

Bu ilin sentyabr ayında “Şahdağ” elektrik stansiyasında 28,7 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Ötən 9 ayda isə bu rəqəm 301,5 milyon kilovat-saat təşkil edib.

Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumi gücü 105 meqavat olan “Şahdağ” elektrik stansiyası 12 aqreqatdan ibarətdir. Son üç ayda 4 aqreqatda texniki qulluq işləri görülüb, güc transformatorlarında müxtəlif təyinatlı təmir işləri aparılıb.

Ən müasir texnologiyaların tətbiq olunduğu “Şahdağ” elektrik stansiyası respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında önəmli rol oynayır. Eyni zamanda, bu stansiya “Şahdağ” Qış-Yay Turizm Kompleksinin elektrik enerjisi təchizatını da həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.