İQTİSADİYYAT


“Şahdağ” və “Tufandağ” MDB-də ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Bakı, 19 yanvar, AZƏRTAC

“TurStat” analitik agentliyi MDB-yə üzv olan və yaxın xaric ölkələrin ən məşhur dağ-xizək kurortlarının 2019-cu il üçün reytinq siyahısını açıqlayıb. Sorğu internet vasitəsilə aparılıb və 20 yanvar – Beynəlxalq Qar Gününə həsr olunub.

AZƏRTAC “TurStat”a istinadla xəbər verir ki, qış istirahəti üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə Azərbaycan, Belarus və Qazaxıstan kurortları daxil edilib.

Agentliyin apardığı sorğunun nəticələrinə əsasən, Azərbaycanın “Şahdağ” və “Tufandağ” kurortları 16 faiz, Qazaxıstanın Almatı şəhərinə yaxınlığında yerləşən “Çimbulak” – 23 faiz, Belarusun “Loqoysk” və “Siliçi” dağ-xizək kurortları isə 32 faiz səs toplayıb.

2012-ci ildən başlayaraq hər il qış mövsümündə yanvar ayının son bazar günündən əvvəlki bazar günü Beynəlxalq Xizəksürmə İdmanı Federasiyasının (FIS) təşəbbüsü ilə Dünya Qar Günü qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.