İQTİSADİYYAT


“Şahdəniz-2” çərçivəsində dörd quyu tamamlanıb

Bakı, 17 avqust, AZƏRTAC 

“Şahdəniz-2” layihəsi çərçivəsində dörd quyu tamamlanıb.

Bu barədə AZƏRTAC-a “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, birinci yarım ildə “Şahdəniz Mərhələ 1”in mövcud platformasında (Alfa) “SDA11” qaz hasilatı quyusunda qazma işləri bərpa olunub və bu işlər hazırda davam edir. İkinci rüb ərzində “İstiqlal” qazma qurğusu yatağın şimal cinahında dördüncü quyunu (SDC01 quyusu) tamamlayaraq qərb cinahda daha dörd tamamlama işi aparmaq üçün “SDD01” quyusunun yerləşdiyi əraziyə keçirilib.

“Maersk Explorer” qazma qurğusu “SDF01” quyusunun məhsuldar lay hissəsini qazaraq “SDF02” quyusunda da həmin işləri aparmaq üçün o əraziyə keçib və hazırda həmin işlər davam edir.

Bu iki qazma qurğusu artıq “Şahdəniz Mərhələ 2”dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 13 hasilat quyusu qazıb və bu quyulardan yatağın şimal cinahında yerləşən dördünü tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.