İQTİSADİYYAT
“Şahdəniz-2” yatağında 16 quyu qazılıb
Bakı, 13 may, AZƏRTAC
“Şahdəniz-2” yatağında indiyədək 16 quyu qazılıb.
Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən bildirilib. Məlumata görə, cari ilin birinci rübündə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb.
“İstiqlal” qazma qurğusu şərq cinahda 1 sualtı quyunu tamamlayıb, qərb cinahda isə hazırda tamamlama əməliyyatları həyata keçirilir. “Maersk Explorer” qurğusu 1 quyunu tam dərinliyinədək qazdıqdan sonra sertifikasiyaya göndərilib.
Bu iki qurğu “Şahdəniz-2” hasilatı və sonrakı tədrici artım üçün ümumilikdə 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu və şərq-cənub cinahında da 4 quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]