İQTİSADİYYAT


“Şahdəniz” layihəsi sonunda Qafqazdan Avropaya təbii qazın Gürcüstan vasitəsilə çatdırılmasına imkan verəcək

Tbilisi, 20 fevral, AZƏRTAC

“Şahdəniz” layihəsi cari ilin sonunda Qafqazdan Avropaya təbii qazın Gürcüstan vasitəsilə çatdırılmasına imkan verəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz arasında keçirilən görüşdə səslənib.

Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir ki, görüşdə tərəflər BP şirkətinin Gürcüstanda həyata keçirdiyi genişmiqyaslı layihələri və strateji əməkdaşlığın perspektivlərini müzakirə edib. Söhbət zamanı Gürcüstanda əlverişli biznes mühitin olduğu və Britaniya şirkətlərinin bu ölkədəki uzunmüddətli uğurlu fəaliyyəti qeyd olunub.

Q.Counz Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşdırılması və “Şahdəniz” layihəsinin hazırkı inkişaf mərhələsi barədə danışıb. Bildirib ki, bu layihə cari ilin sonunda Qafqazdan Avropaya təbii qazın Gürcüstan vasitəsilə çatdırılmasına imkan verəcək.

Görüşdə bu layihənin reallaşdırılmasında Gürcüstanın əhəmiyyətli rolu və hökumətin fəal iştirakı vurğulanıb.

G.Qaxariya Gürcüstanın regional tranzit funksiyasının əhəmiyyətindən və enerji təhlükəsizliyi sahəsində ölkənin ehtiyaclarından danışıb. Baş Nazir Gürcüstan hökumətinin BP şirkəti ilə hazırkı və gələcək əməkdaşlığa dəstəyini ifadə edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.