Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Şahdəniz” strukturunun kəşfindən 65 il ötür

Bu strukturu Azərbaycan geoloqları və geofizikləri 1954-cü ildə kəşf ediblər

Bakı, 6 avqust, AZƏRTAC

AZƏRTAC ölkənin qaz sənayesinin inkişafında, Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında əsas rolu olan “Şahdəniz” strukturunun kəşf edilməsi və zəngin qaz-kondensat yatağının aşkar olunmasının 65 illiyi ilə əlaqədar istehsalatçı alim, geologiya-mineralogiya elmləri doktoru, faydalı qazıntıların geofiziki axtarış üsulları ixtisası üzrə dosent-assistant professor Hümbət Vəliyevin məqaləsini təqdim edir. H.Vəliyev uzun müddət Dövlət Neft Şirkətinin Azərgeofizika Elmi-Tədqiqat İnstitutunda “Geodinamik gərginlik və kəsilişlərin neftlilik-qazlılığı” laboratoriyasında baş elmi işçi, sonra isə laboratoriya müdiri vəzifəsində çalışıb, 1990-cı ildən tədqiqinə başladığı “Şahdəniz”, “Bahar”, “Bulla dəniz” sahələrinin geoloji tektonik quruluşunun öyrənilməsi və neftlilik-qazlılıq perspektivinin qiymətləndirilməsi tədqiqatlarında yaxından iştirak edib. 2007-2014-cü illərdə Geofizika və Geologiya İdarəsinin Kəşfiyyat Geofizika İdarəsində baş mühəndis, yeni yaradılan bölümün istehsalat üzrə rəis müavini və bölümün rəisi işləyib.

Azərbaycanın quru ərazilərində “Muradxanlı”, “Cəfərli”, “Naftalan”, “Qazanbulaq”, “Tərsdəllər”, “Qalmaz”, “Qaradağ”, “Quba-Xəzəryanı” sahələrində və Xəzər dənizinin “Şahdəniz”, “Ümid”, “Babək”, “Qoşadaş”, “Neft Daşları”, “Oğuz”, “Bulla dəniz” və digər strukturlarının geoloji-tektonik quruluşunun öyrənilməsində seysmik kəşfiyyatın əks olunan dalğa üsulu ilə axtarılan (2D, 3D) tədqiqatlarda yaxından iştirak edib, dəniz və çöl işlərinin yerinə yetirilməsinə, dəyərli məlumatların alınmasına məsul icraçı kimi rəhbərlik edib, 2 monoqrafiyanın, 133 elmi məqalənin, 69 elmi-texniki hesabatın, 3 ixtiranın və bir səmərələşdirici təklifin müəllifidir. Onun “Respublika”, “Xalq”, “İki Sahil” qəzetlərində geofiziki və ekoloji problemlərə dair, Azərbaycanın neft strategiyası və neft yataqlarının proqnozu ilə bağlı elmi-kütləvi yazıları müntəzəm olaraq çap edilir.

H.Vəliyev Azərbaycan Milli Geofizika Komitəsinin, Neftçi Geoloqlar Cəmiyyətinin və Seysmoloqlar Assosiasiyasının üzvüdür. 2013-cü ildə “Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə” Dövlət Neft Şirkətinin fəxri fərmanı ilə, 2017-ci ildə “Geofiziki və geoloji tədqiqatlar və təhsil sahəsində səmərəli fəaliyyətinə görə” Azərbaycan Milli Geofizika Komitəsi İctimai Birliyinin fəxri fərmanı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yanında Ali Attestasiya Komissiyasının Yer elmləri ekspert komissiyasının üzvüdür.

O, uzun müddət geofiziki məlumatların, geofiziki və geokimyəvi monitorinq nəticələrinin qeyri-ənənəvi interpretasiyası və dərin qatların neftlilik-qazlılıq perspektivinin proqnozu ilə məşğul olub, həmçinin müstəqil olaraq ekoloji geofiziki (ekogeofiziki) problemlərə dair və son illər texnoekogeofizika elminin aktual məsələlərinə dair tədqiqatlar aparıb və Xəzər meqaçökəkliyinin əmələ gəlməsinə dair fərqli modellər mövzusunda beynəlxalq elmi konfranslarda çıxışlar edir.

Azərbaycan dünyada qədim neft ölkəsi kimi tanınır, odlar diyarı adlandırılıb və tükənməz sərvəti ilə insanları maraqlandırıb. Antik dövrlərdə, atəşpərəstlik vaxtlarında və sonrakı əsrlərdə Azərbaycan neftindən müxtəlif məqsədlər üçün istifadə edilməsi və yaxın ölkələrə daşınması barədə səyyahların, tarixçilərin və coğrafiyaşünasların yazılarında çoxlu məlumatlar var. Abşeronda, Qobustanda neftin və qazın təbii çıxışları olub, sonralar isə neft əllə quyular qazılaraq hasil edilib.

Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş yazıdan belə məlum olur ki, Abşeronda ilk neft quyusu hələ XVI əsrdə qazılıb. Otuz beş metr dərinliyi olan həmin quyunu 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu qazıb. Dənizdən neft çıxarmaqda həmişə insanların arzusunda olub və 1803-cü ildə dünyada ilk dəfə Bakı sakini Hacı Qasımbəy Mənsurbəyov Bibiheybətdə dənizin dayaz yerində, sahildən 18 və 30 metr aralıda qazdırdığı 2 quyudan neft çıxarmağa başlayıb. Buradan xeyli neft çıxarılıb və 1825-ci ilin güclü dəniz fırtınası quyuları məhv edib. 1846-cı ildə ilk dəfə Bibiheybətdə su quyularının qazılmasında istifadə olunan mexaniki üsulla qazılmış quyudan sənaye əhəmiyyətli neft alınıb və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı sürətlənib. 1871-ci ildə isə dünyada ilk dəfə olaraq Balaxanıda neft quyusu yeni qazma üsulu, yəni ağac ştanqlarla zərbə vurmaq yolu ilə qazılıb.

Keçmiş Sovet imperiyasında ilk neft kəməri də Bakıda inşa edilib. “Balaxanı” yatağını Bakı neftayırma zavodu ilə birləşdirən 12 kilometrlik bu kəmər 1878-ci ildə çəkilib. 1883-cü ildə isə Bakı-Batumi dəmir yolu istifadəyə verilib, bu yolla neft və neft məhsulları Avropa ölkələrinə ixrac edilib.

Bakı neftinin dünya bazarlarına çıxarılmasını təmin etmək üçün 1897-ci ildə uzunluğu 833 kilometr, diametri 200 millimetr olan Bakı-Batumi neft kəmərinin tikintisinə başlanılıb və kəmər 1907-ci ildə istifadəyə verilib. 1901-ci ildə dünyada çıxarılan neftin 50 faizindən çoxu, yəni 11 milyon tonu Azərbaycanda hasil olunub.

Dənizdə 1946-cı ildə “Gürgan” yatağında qazma işləri aparılmış ilk dəfə olaraq iribloklu özül qurulub. 1947-ci ildə isə metal estakadaların tikintisinə başlanılıb. 1949-cu ilin noyabrında sahildən 40 kilometr aralıda, açıq dənizdə “dünyanın səkkizinci möcüzəsi” adlanan “Neft Daşları” yatağı kəşf edilib və açıq dənizdə neft hasilatının əsası qoyulub.

Azərbaycan keçmiş Sovet İttifaqında və bütün dünyada neft akademiyası kimi məşhur olub. Ölkəmiz dünya şöhrətli neftçilər, istehsalatçılar, neft ustaları, geologiya və geofizika sahəsində çalışan alimlər yetişdirib. Onlar keçmiş Sovet İttifaqının digər regionlarında da fəaliyyət göstərərək neft yataqlarının kəşfiyyatında, istismarında və hasilatının təşkilində mühüm rol oynayıblar. Bütün dünyada ilk dəfə dənizdə “qara qızıl”ın çıxarılması Azərbaycan neftçilərinin fəaliyyəti nəticəsində həyata keçib. Azərbaycanda, Xəzər dənizi sektorunda bir-birinin ardınca “Pirallahı” (1902-ci il), “Gürgan-dəniz” (1947-ci il), “Çilov adası” (1948-ci il) kimi yataqların mənimsənilməsinə başlanılıb. 1949-cu ilin noyabrında dənizdə “Neft Daşları”, 1950-ci ildə “Darvin bankası”, 1951-ci ildə “Qum-dəniz” yatağı, 1953-cü ildə “Palçıq Pilpiləsi” və “Abşeron bankası”, 1962-ci ildə “Cənub” yatağı, 1968-ci ildə “Bahar” yatağı, 1969-cu ildə “Həzi Aslanov”, 1973-cü ildə “Bulla” yatağı, 1974-cü ildə “Qarasu” yatağı, 1980-ci illərin əvvəllərində isə “Günəşli” (dayazsulu) kimi iri neft və qaz-kondensat yatağı, 1982-ci ildə isə “8 Mart”, 1983-cü ildə “Ələt”, 1985-ci ildə “Qərbi Abşeron” yataqları aşkar edilib.

Bu strukturlardan biri də “Şahdəniz” strukturudur. O, 1954-cü ildə Azərbaycan geoloqları və geofizikləri tərəfindən kəşf edilib.

“Şahdəniz” strukturunun kəşf olunmasından 65 il keçir

Bakıdan 60 kilometr cənubda, Xəzər dənizində yerləşən “Şahdəniz” strukturunun şimalında dənizin dərinliyi 50, cənubunda isə 500 metr olmaqla, eni 12 kilometr və uzunluğu 30 kilometr olan sahəni əhatə edir. 1983–cü ildə dərin axtarış qazmasına hazırlanıb, ancaq həmin sahədə dənizin dərinliyinin çox olması və perspektiv neftli–qazlı layların böyük dərinlikdə yatması qazma işlərinin aparılmasına imkan verməyib. Təxminən 1990-cı ilə kimi bu strukturun öyrənilməsinə ciddi cəhd olunmayıb. Dövlət Neft Şirkəti tərəfindən Azərbaycanın təbii qazla təchizatını təmin etmək üçün “Şahdəniz” strukturunda bir quyunun qazılmasına başlanılıb. Bu quyu təxminən 2000 metr dərinliyə qədər qazılıb, ancaq iqtisadi və texnoloji imkanların olmaması səbəbindən iş davam etdirilməyib.

1992-ci ilin sentyabrında Azərbaycan hökuməti “Şahdəniz” strukturunda işlərin davam etdirilməsi ilə əlaqədar Böyük Britaniyanın “British Petroleum” və Norveçin “Statoil” (indiki “Equinor”) şirkətləri ilə müqavilə imzalayıb. Bu müqavilədə həmin strukturda birgə işlərin aparılması və yatağın işlənməyə hazırlanması barədə “British Petroleum” və “Statoil” şirkətlərinə xüsusi səlahiyyətlər verilib. Bu 2 şirkət alyans yaradaraq işə başlayıb, sonra həmin alyansa Türkiyənin “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti də qoşulub. “Şahdəniz” strukturunun yenidən dərin kəşfiyyat qazmasına daxil edilməsi 1996–cı il iyunun 4–də xarici şirkətlərlə “Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” perspektivli sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin imzalanması hesabına mümkün olub. Aparılan axtarış–kəşfiyyat işləri nəticəsində “Şahdəniz” strukturunda qazılacaq quyunun yeri dəqiqləşdirilib və 1998-ci il iyulun 7-də “Dədə Qorqud” üzən qazma qurğusundan layihə dərinliyi 6069 metr olan 1 nömrəli (“SDX-1”) quyunun qazılmasına başlanılıb. Həmin il avqustun 9-da quyu dibi 2550 metr dərinliyə çatdırılıb və “Dədə Qorqud” qazma qurğusu quyunu tərk edib. “SDX-1” quyusunun qazılması 1998-ci il dekabrın 14-dən etibarən “İstiqlal” üzən qazma qurğusu vasitəsilə davam etdirilib. Aparılmış geoloji-geofiziki araşdırma nəticələrinə əsasən, quyunun layihə dərinliyi artırılıb və quyunun qazılması 6316 metr dib dərinliyində (“Fasilə” lay dəstəsi) dayandırılıb. Mədən-geofiziki tədqiqatlara əsasən, açılmış kəsilişdə 5620-6307 metr dərinlikdə yatan (Balaxanı VIII, X və “Fasilə” lay dəstəsindən ibarət) intervalların karbohidrogenlə zəngin olduğu aşkar edilib. 1999-cu il iyunun 23-də quyuda sınaq işləri başlanıb, quyu kəsilişində “Fasilə” lay dəstəsinin 6225-6289 metr intervalı perforasiya olunub və quyu bir neçə rejimdə yoxlanılıb. Nəticədə 15 millimetr diametrli ştutser və 500 аtmosfer quyuağzı təzyiq ilə quyudan gündəlik 1,5 milyon kubmetr, 400 tonadək kondensat alınıb. Beləliklə, Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” - iri qaz-kondensat yatağı kəşf olunub.

Bir məqamı qeyd edim ki, əvvəlki dövrlərdə də bir çox alimlər və neftçi mütəxəssislər strukturun perspektivliyini müsbət qiymətləndirmirdilər. Bəzi tədqiqatçılara dərin qatlarda neft-qaz yataqlarının olması inandırıcı gəlmirdi və olsa belə onun istismarı mümkünsüz sayılırdı. Belə bir vəziyyətdə Xəzər dənizinin dərin yerlərində, dərin qatlarda yatan neft-qaz yataqlarının varlığı və istismarı xəyal kimi düşünülürdü. “Şahdəniz” strukturunda əvvəllər qazılan axtarış quyusunda bir sıra texnoloji səbəblərdən qənaətli olmayan nəticələr alınması, mütəxəssislər arasında müəyyən söz-söhbətə səbəb olmuşdu. Dövlət Neft Şirkəti tərəfindən “Şahdəniz” strukturunda ilkin qazılmış quyudan nəticə alınmadığından tədqiqatçılarda mənfi rəy yaranmışdı. Strukturun öyrənilməsi, neftlilik-qazlılıq perspektivinin qiymətləndirilməsi tapşırığının yerinə yetirilməsində, alim və mütəxəssislərin o dövrdə bu problemin həllinə münasibəti indidə yadımdadır. Mən də neftçi alim, istehsalatçı mühəndis kimi dərin qatlarda, yüksək termobarik şəraitdə neft-qaz yataqlarının yaranmasına dair tədqiqat işlərinin yerinə yetirilməsində zəhmətim olub. Tədqiqatçıların 1990-cı ildən etibarən daha dəqiq öyrənilməsinə başladığı “Şahdəniz” sahəsinin geoloji tektonik quruluşunun dəqiqləşdirilməsi və neftlilik-qazlılıq perspektivinin qiymətləndirilməsi tədqiqatlarında yaxından iştirak etmişəm. 1993-cü ildən başlayaraq “Bahar”, “Bulla dəniz”, “Şahdəniz” sahələrində, dərin qatlarda temperaturun və təzyiqin profil kəsilişləri üzrə paylanması qanunauyğunluğu öyrənilib, proqnoz xəritələr tərtib olunub. Perspektivli sahələrdə və öyrənilməmiş çöküntü kompleksində termobarik şəraitin proqnozlaşdırılması məqsədilə cənubi Xəzərin kəşfiyyat sahələrində temperatur və təzyiqin paylanmasının əsas qanunauyğunluqlarının öyrənilməsi (Bakı, 1993, Fond Аzərgeofizika Еlmi-Тədqiqat İnstitutu, İnv. №1235) mövzusunda tədqiqat işi aparmışıq. Qurulmuş xəritədə “Şahdəniz”, “Bahar” və “Bulla dəniz” sahəsində qaz kondensat ehtiyatının zəngin olduğu proqnozlaşdırılıb və sonrakı illərdə aparılan dəqiq tədqiqatlar bu proqnozu təsdiqləyib (Cənubi Xəzər meqaçökəkliyinin dərinlik quruluşu və neftlilik-qazlılığı, Bakı, Еlm, 2003, 240 S., doktorluq dissertasiyası, 2004 və çap olunmuş 5 məqalə, “Şahdəniz” sahəsində üçölçülü (3D) seysmik materialların interpretasiyası haqqında hesabat, ARDNŞ, 2011).

Nəhayət, 1999-cu ildə aparılmış üzün və gərgin geoloji-geofiziki, texniki-texnoloji, qazma və digər işlər nəticəsində unikal “Şahdəniz” yatağı kəşf edildi. Kollektorda 1 trilyon kubmetrdən çox qaz ehtiyatı olan “Şahdəniz” yatağı dünyanın ən böyük qaz-kondensat yataqlarından biri kimi qiymətləndirildi və bizim də zəhmətimiz öz bəhrəsini tapdı. Bu yatağın kəşfi dünya miqyasında Azərbaycanın neft-qaz potensialının çox zəngin olduğunu bir daha təsdiqləmiş oldu. “Əsrin müqaviləsi” ölkəmizi dünyada yenidən neft ölkəsi kimi şöhrətləndirdi, 1999-cu ildə kəşf olunan və rəsmi təsdiqlənən nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi isə Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edə biləcək bir ölkə kimi tanıtdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO