İQTİSADİYYAT


“Şahdəniz” üzrə əməliyyat xərcləri 1,2 milyard dollardır

Bakı, 4 avqust, AZƏRTAC

Bu ilin birinci yarısında “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 1 milyard 260 milyon dollar əməliyyat xərcləri və 186 milyon dollar əsaslı xərclər çəkilib.

BP-dən AZƏRTAC-a bildirilib ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə “Şahdəniz” üzrə fəaliyyətlərə 120 milyon dollar az əməliyyat xərcləri (1 milyard 140 milyon dollar) və 180 milyon dollardan artıq (366 milyon dollar) əsaslı xərclər çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.