REGİONLAR


Sahələrdən 1,4 milyon tondan çox tərəvəz məhsulları toplanıb

Bakı, 21 oktyabr, AZƏRTAC 

Məhsul yığımı başlanandan oktyabrın 1-dək sahələrdən 1 milyon 443,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 11,2 faiz çox tərəvəz, 939,7 min ton (10,2 faiz çox) kartof, 445,1 min ton (12,4 faiz çox) bostan məhsulları toplanıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ildə 100,1 min hektar sahədə pambıq, 16,6 min hektar sahədə dən üçün günəbaxan, 7,3 min hektar sahədə şəkər çuğunduru və 3,1 min hektar sahədə tütün əkilib.

Bu müddət ərzində həmin sahələrdən 76,8 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 75,4 faiz çox pambıq, 33,7 min ton (41,1 faiz çox) dən üçün günəbaxan, 67,6 min ton (59,7 faiz az) şəkər çuğunduru və 4,3 min ton (10,7 faiz çox) tütün yığılıb.

Bundan başqa, hesabat dövrünə 656,8 min ton (11,7 faiz çox) meyvə və giləmeyvə, 165,4 min ton (48,8 faiz çox) üzüm, 647,5 ton (12,1 faiz az) yaşıl çay yarpağı toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.