İQTİSADİYYAT


Sahib Məmmədov: "ƏDV geri al" mexanizmi istehlakçı hüquqlarının müdafiəsinə yönəlib

Sahib Məmmədov:

Bakı,15 mart, AZƏRTAC

2020-ci ildən etibarən tətbiq edilən pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm nəticəsində ödənilmiş məbləğin bir hissəsinin istehlakçılara qaytarılması kassa çeklərinin tələb edilməsinə və kassa dövriyyələrinin şəffaflaşmasına gətirib çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu" mövzusunda keçirilən konfransda deyib.

Bildirib ki, nəticə etibarilə kölgə iqtisadiyyatı ilə effektiv mübarizə üsullarından olan "ƏDV geri al" mexanizmi birbaşa istehlakçı hüquqlarının müdafiəsinə yönəldilib. Ölkəmizdə istehlakçıların hüquqlarının qorunması daim dövlətin diqqət mərkəzindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.