SİYASƏT


Sahibə Qafarova: Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir

Bakı, 20 oktyabr, AZƏRTAC 

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan hər zaman Türkiyəni yanında hiss edib. Ermənistanın Azərbaycana qarşı təxribatları nəticəsində ordumuzun əks-hücum əməliyyatları zamanı dünya Azərbaycanla Türkiyə arasında qardaşlığın bir daha şahidi oldu. Türkiyə bəyan etdi ki, bu haqq işində Azərbaycanın yanındadır. Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun bu gün Milli Məclisin iclasında iştirakı iki ölkə arasında qardaşlığın daha bir nümunəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.