SİYASƏT


Sahibə Qafarova: Azərbaycan əsgəri xalqımızın nəyə qadir olduğunu dünyaya göstərdi

Bakı, 13 noyabr, AZƏRTAC 

Azərbaycan əsgəri Azərbaycan xalqının nəyə qadir olduğunu dünyaya göstərdi. Hamı bir nəfər kimi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Vətən müharibəsinin ən şanlı səhifəsi noyabrın 8-i - Şuşanın azad edilməsi tarixi oldu.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda deyib.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan Böyük Qələbənin sevincini yaşayır. Bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş Cəbrayılda, Qubadlıda, Füzulidə, Zəngilanda dalğalanır. Tezliklə üçrəngli bayrağımız Kəlbəcərdə, Laçında və Ağdamda dalğalanacaq.

Sahibə Qafarova qeyd edib: “Müharibə nəticəsində Ermənistan elə ağır zərbə aldı ki, çətin özünə gəlsin. Ölkədə xaosdur, müxalifət küçələrə çıxır. Təəssüf ki, nə Qərb ölkələri, nə də beynəlxalq təşkilatlar faşist ideologiyasına xidmət edən bu ölkədə baş verənlərə münasibət bildirmir. Onlar məgər bu vəziyyəti görmürlər? Azərbaycan Prezidenti dediyi kimi, bizə demokratiya dərsi keçənlər güzgüdə özlərinə baxsınlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.