SİYASƏT


Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də Türkiyənin yanındadır

Bakı, 27 aprel, AZƏRTAC

ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ilə bağlı ifadəsi qəbuledilməzdir və onun qərəzli mövqeyini ifadə edir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin aprelin 27-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu ifadəni işlədənlərin, siyasi dividendtlər əldə etmək istəyənlərin hərəkəti təəssüf doğurur. Soyqırımı ilə bağlı qərarı ancaq beynəlxalq məhkəmə verə bilər. Bu, yalnız ABŞ Prezidentinin fikridir. Milli Məclisin sədri deyib: “Ermənilər tərəfindən türk və Azərbaycan xalqlarına qarşı müxtəlif illərdə dəfələrlə soyqırımı aktları törədilib. 1992-ci ildə XX əsrin ən dəhşətli soyqırımı Xocalıda həyata keçirilib. Xocalı soyqırımını unudanlar hansı məqsədlər güdürlər?”

Sahibə Qafarova bildirib ki, Türkiyənin qərarı ilə Ermənistan Osmanlı arxivlərinin açılmasına və tarixi faktların araşdırılmasına dəvət olunub. Erməni tərəfi həmişə buna etinasızlıq göstərib. Azərbaycan bu məsələdə də Türkiyənin yanındadır. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla sonuncu telefon danışığı da bunu bir daha sübut edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.