SİYASƏT


Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrəyə səfər edəcək

Bakı, 8 may, AZƏRTAC

Mayın 9-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına rəsmi səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, İsveçrə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hicran Hüseynova, deputatlardan Aqiyə Naxçıvanlı, Vahid Əhmədov, Erkin Qədirli, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində parlamentin spikeri Sahibə Qafarovanın ölkənin vitse-prezidenti, İsveçrə Parlamenti Milli Şurasının sədri, Parlamentin Kantonlar Şurasının sədri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Burada keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 11-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.