İQTİSADİYYAT


“Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda təlimlər təşkil olunub

“Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda təlimlər təşkil olunub

Bakı, 3 sentyabr, AZƏRTAC

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisi tərəfindən həyata keçirilən “CIAT Paylaşımdır” Proqramı çərçivəsində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının iştirakı və 5 saylı Ərazi Vergilər Baş İdarəsinin dəstəyi ilə Sabirabad şəhərində “Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda növbəti təlimlər keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, təlimlərə regionda fəaliyyət göstərən qadın sahibkarlar qatılıb.

Tədris Mərkəzinin əməkdaşları tərəfindən qadın sahibkarlar üçün “Vergi məsuliyyəti və maliyyə sanksiyaları”, “Sadələşdirilmiş vergi” və digər mövzularda təqdimatlar keçirilib.

Təlimlər zamanı müxtəlif vergi növləri, habelə vergi hesabatlarının hazırlanması ilə bağlı nəzəri və praktiki izahlar, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri barədə məlumatlar qadın sahibkarların diqqətinə çatdırılıb.

Təlimlərdə səsləndirilən suallar ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.