İQTİSADİYYAT
Sahibkarlar Ağdamda Qarabağ Sənaye Məhəlləsinin yaradılması ilə bağlı müraciət edib
Bakı, 29 yanvar, Elvin Camalov, AZƏRTAC
Sahibkarlar Ağdamda Qarabağ Sənaye Məhəlləsinin yaradılması ilə bağlı iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda verilib.
Ağdamda sənaye məhəlləsinin və ya parkının olmasını arzulayan sahibkarlar bildirib ki, burada 10-dan çox sahibkar fəaliyyət göstərməyə hazırdır.
İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, bu təşəbbüslə bağlı müraciətə baxılacaq, görüşlər keçiriləcək və sahibkarlar tərəfindən istək varsa bu müraciətin həyata keçirilməsi məqsədə uyğun olar.