İQTİSADİYYAT
Sahibkarlar Brüsselə “İqtisadi inkişaf və bazar imkanları” Platformasının iclasına dəvət olunublar
Bakı, 22 aprel, AZƏRTAC
Brüssel şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının "İqtisadi inkişaf və bazar imkanları" Platformasının 18-ci iclası keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar aprelin 27-də Brüsseldə keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının "İqtisadi inkişaf və bazar imkanları" Platformasının iclasına dəvət olunublar. Platformanın iclaslarında Avropa İttifaqının və Şərq Tərəfdaşlığı ölkələrinin səlahiyyətli nümayəndələri ilə yanaşı, həmin ölkələrdə fəaliyyət göstərən biznes dairələrinin nümayəndələrinin iştirakı da nəzərdə tutulur.