İQTİSADİYYAT
Sahibkarlar Daşkənddəki “Chorsu” otelinin onlayn hərracında iştiraka dəvət olunurlar
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Daşkənddə yerləşən “Chorsu” hotelin binası “E-IJRO AUKSION” onlayn sistemi vasitəsilə hərraca çıxarılır. Hərrac oktyabrın 21-də Daşkənd vaxtı ilə saat 9-da başlayacaq. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları hərracda iştiraka dəvət olunurlar.
Hərracda iştirak etməkdə maraqlı olanlar ətraflı məlumat üçün AZPROMO-ya müraciət edə bilərlər.