İQTİSADİYYAT


Sahibkarlar Daşkənddəki kənd təsərrüfatı sərgisində iştiraka dəvət olunurlar

Bakı, 3 oktyabr, AZƏRTAC

Noyabrın 25-27-də Özbəkistanın paytaxtı Daşkənddə 16-cı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - "Uz Agro Expo - 2020" (ətraflı - https://worldexpo.pro/uzagroexpo) keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərgi bitkiçilik, heyvandarlıq, baytarlıq, müasir kənd təsərrüfatı texnikasının və ehtiyat hissələrinin istehsalı, aqrar məhsulların satışı, emalı, daşınması və saxlanılması sahələrində ixtisaslaşmış müəssisə və təşkilatları, idxalçıları və ixracatçıları bir araya gətirəcək.

Sərgiyə ziyarətçi və ya iştirakçı kimi qatılmaq istəyən Azərbaycanın kiçik və orta biznes subyektləri məlumat üçün sərginin təşkilatçıları ilə əlaqə saxlaya bilərlər:

Telefon: (+998-71) 238 59 59

E-poçt: “[email protected]

İnternet səhifəsi: www.ieg.uz

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.