İQTİSADİYYAT


Sahibkarlar Gününə həsr olunan konfrans keçirilib

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Sahibkarlar Gününə həsr olunmuş konfrans keçirib.

AQSİA-dan AZƏRTAC-a bildirilib ki, pandemiya şəraitinə uyğun keçirilən tədbirdə az sayda sahibkar iştirak etsə də, assosiasiyanın üzvləri və bölgələrdəki nümayəndələri vebinar vasitəsilə konfransa qatılıblar. AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva dövlətin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğılardan, uğur və perspektivlərdən bəhs edib.

Sonra çıxış edənlər AQSİA-nın beynəlxalq əməkdaşlığı ilə bağlı, 2020-ci ildə görülən işlərin hesabatı, pandemiya və 44 günlük Vətən müharibəsi dönəmində həyata keçirilən layihələrlə, aksiyalarla bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Sonda AQSİA-nın inkişafında xidmətlərinə görə fərqlənən sahibkar xanımlara 2020-ci ilin simvolu olan “Xarı Bülbül” medalları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.