İQTİSADİYYAT


Sahibkarlar Konfederasiyası rayon nümayəndələri ilə görüş təşkil edib

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) “Regionların sosial-iqtisadi inkişafı istiqamətində dövlət dəstəyinin alətləri” mövzusunda rayon nümayəndələri ilə müvafiq dövlət qurumları arasında görüş keçirilib.

ASK-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondunun nümayəndələri iştirak ediblər.

Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov ASK-nın rayon nümayəndələri, onların fəaliyyəti haqqında iştirakçılara qısa məlumat verib. Bildirib ki, rayonlarda çalışan sahibkarlar onlar üçün nəzərdə tutulan dövlət dəstək tədbirləri və alətləri barədə müfəssəl məlumata malik deyillər. Belə tədbirlər iş adamlarını məlumatlandırmaqla yanaşı, onların qarşılaşdıqları çətinliklər barədə birbaşa müvafiq icra strukturuna sual yönəltmək və yerindəcə cavab almaq imkanı da yaradır.

Sahibkarlığın İnkişafı Fondunun idarə heyəti sədrinin müavini Samir Hümbətov “Fondun vəsaitlərinin istifadəsi istiqamətləri”, Aqrar Kredit və İnkişaf Agentliyinin Kredit şöbəsinin müdir müavini Emil Xasanmadov “Kənd təsərrüfatı sahəsində kredit şərtləri”, “Aqrarkredit” QSC-nin Kredit departamentinin direktoru Vüqar Yaqubov “Kredit imkanları”, Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov isə “Aqrar sığorta növləri” mövzularında çıxışlar ediblər.

Sonra sahibkarların sualları cavablandırılıb və təkliflər dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.