İQTİSADİYYAT
Sahibkarlar Münhendə keçirilən "Drinktec 2017" sərgisinə dəvət olunurlar
Bakı, 21 mart, AZƏRTAC
Sahibkarlar sentyabrın 11-dən 15-dək Almaniyanın Münhen şəhərində içki və maye qida sənayesi üzrə dünyanın aparıcı ticarət sərgisi olan "Drinktec 2017" sərgisində iştiraka dəvət olunurlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, dörd ildən bir keçirilən "Drinctec 2017" sərgisi dünya miqyasında bir nömrəli platforma sayılır. Tədbirdə istehsalçılar istehsal üçün son texnologiyaları, bütün növ içkilərin doldurulması və qablaşdırılması – xammal və logistika həlləri daxil olmaqla məhsul və xidmətlərini nümayiş etdirir.
Maraqlananlar daha ətraflı məlumat almaq üçün Alman-Azərbaycan Xarici Ticarət Palatasına müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:55]
® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 24.04.2024 [15:31]
Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib
- 24.04.2024 [13:07]