İQTİSADİYYAT


Sahibkarlar Özbəkistanda keçiriləcək investisiya forumuna dəvət olunurlar

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkəmizdə fəaliyyət göstərən sahibkarlara müraciət edib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, avqustun 22-də Özbəkistanın Sırdərya vilayətinin Gülüstan şəhərində “I Beynəlxalq İnvestisiya Forumu” keçiriləcək. Forumda ticarət-iqtisadi sahədə əməkdaşlıq, investisiya potensialı, kənd təsərrüfatının inkişafı, tikinti sənayesinin perspektivləri və turizm sahələri üzrə müzakirələr aparılacaq.

Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları forumda iştiraka dəvət olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.