İQTİSADİYYAT
Sahibkarlar ŞƏT və BRİKS təşkilatına üzv ölkələrin biznes forumunda iştiraka dəvət olunurlar
Bakı, 4 avqust, AZƏRTAC
Sentyabrın 28-29-da Rusiya Federasiyasının Ufa şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) təşkilatına üzv ölkələrin III kiçik biznes forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları biznes forumda iştiraka dəvət olunurlar. "Böyük Avrasiya Tərəfdaşlığının formalaşma perspektivləri. Biznes forumda ŞƏT və BRİKS iştirakçı-ölkələrin regionlarında kiçik və orta biznesin rolu" mövzusunda keçirilən plenar iclasda BRİKS və ŞƏT məkanında azad ticarət zonasının yaradılması, ŞƏT və BRİKS məkanında kiçik və orta biznesin dəstəklənməsi mexanizmləri, İnvestor və tərəfdaş tapmaq, ŞƏT və BRİKS məkanında gənc sahibkarlığın inkişafı, ŞƏT və BRİKS ölkələri turizmin hansı sahəsində əməkdaşlıqda maraqlıdır? və sair məsələlər müzakirə olunacaq.