İQTİSADİYYAT


Sahibkarlar Tehranda beynəlxalq səhiyyə konqresinə dəvət olunurlar

Bakı, 3 sentyabr, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 9-11-də Tehran şəhərində “İslam ölkələrinin IV beynəlxalq səhiyyə konqresi” keçiriləcək. Konqres çərçivəsində bu il təşkil ediləcək tədbirdə panel mövzuları, sağlamlıq, idman turizmi, ənənəvi tibb, sağlam qida və tibbi avadanlıqlar sahəsində görüşlər və müzakirələr olacaq. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları konqresdə iştiraka dəvət olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.