İQTİSADİYYAT
Sahibkarlar XVII Kabil beynəlxalq kənd təsərrüfatı sərgisinə dəvət olunurlar
Bakı, 4 oktyabr, AZƏRTAC
Əfqanıstanın Kənd Təsərrüfatı, Suvarma və Heyvandarlıq Nazirliyi tərəfindən oktyabrın 19-21-də XVII Kabil beynəlxalq kənd təsərrüfatı sərgisi təşkil olunacaq.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgidə iştiraka dəvət olunurlar.
Sərgi idxalçıları, ixracatçıları, pərakəndə və topdansatış təmsilçilərini, istehsalçıları və digər müvafiq xidmət təklif edən aidiyyəti iş adamlarını bir araya gətirir. Sərgi çərçivəsində məhsulların nümayişi arenası, təkbətək işgüzar görüşlər, yeni texnologiyaların təqdimatı nəzərdə tutulub. Sərgidə, həmçinin öz məhsullarını Əfqanıstan bazarına çıxarmaq istəyən biznes adamları üçün sponsorluq imkanları da təklif olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [12:40]
® ABB-nin ATM-lərində yenilik!
- 23.04.2024 [12:28]
Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb
- 23.04.2024 [12:17]
NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib
- 23.04.2024 [11:29]
Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib
- 23.04.2024 [10:51]
Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub
- 23.04.2024 [10:38]
“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb
® ABB-nin ATM-lərində yenilik!
- [12:40]
Goranboyda zəlzələ olub
- [10:42]
Düzgün nəfəs almaq ömrü uzadır
- [06:44]