İQTİSADİYYAT


Sahibkarlar “Yaşıl dəhliz” mexanizminin xüsusiyyətləri barədə məlumatlandırılıb

Bakı, 16 aprel, AZƏRTAC

Sahibkarlar "Yaşıl dəhliz" mexanizminin xüsusiyyətləri barədə məlumatlandırılıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, Bakıda xarici ticarət fəaliyyətinin iştirakçıları arasında "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi prosedurlarının asanlaşdırılması: "Yaşıl dəhliz" mexanizminin xüsusiyyətləri və gömrük ödəniş sistemlərinin elektronlaşdırılması" mövzusunda seminar keçirilib. Seminarda qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərən 30-dan çox sahibkar iştirak edib.

Tədbirdə Dövlət Gömrük Komitəsi tərəfindən "Yaşıl dəhliz mexanizminin xüsusiyyətləri" mövzusunda təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.