İQTİSADİYYAT
Sahibkarlar biznes modelin və biznes planın hazırlanması barədə məlumatlandırılıblar
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) “Biznes modelin və biznes planın hazırlanması” mövzusunda təlim keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, məqsəd yeni ideyaları olan gəncləri, startapları, eləcə də yeni məhsullar və xidmətlər yaratmaq istəyən sahibkarları bu istiqamətdə məlumatlandırmaq, onlara məsləhət və informasiya dəstəyi göstərməkdir.
“Business CheckUp” şirkətinin əməkdaşı tərəfindən təlimdə iştirak edən sahibkar və menecerlərə müəssisədaxili ehtiyatların qiymətləndirilməsi üsulları, xarici biznes mühitinin analizi, strateji biznes planın hazırlanması və icrası kimi istiqamətlərdə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.