Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Sahibkarlar əmindirlər ki, Azərbaycanın inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da sürətlənəcək YENİLƏNİB

Bakı, 14 fevral, AZƏRTAC

Sahibkarlar əmindirlər ki, Azərbaycanın inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da sürətlənəcək. Buna görə də Azərbaycan sahibkarları prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri fevralın 14-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda deyib.

İki yüzdən çox sahibkarın iştirak etdiyi konfransda konfederasiyanın prezidenti bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkə iqtisadiyyatının potensialının daha da yüksəlməsinə şərait yaradıb, Azərbaycanda dayanıqlı və sabit iqtisadi sistem formalaşıb. Ölkədə sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan kompleks və sistemli tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi özəl bölmənin inkişafını sürətləndirib, iri şəhərlərlə yanaşı, regionlarda da sahibkarlığın inkişafına əlverişli şərait yaradıb. Bütün bunların nəticəsində sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib.

Məmməd Musayev deyib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində görülən işlər bölgələrdə iqtisadi potensialın artmasında, infrastruktur təminatının, biznes mühitinin yaxşılaşmasında və əhalinin rifahının yüksəlməsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, regionların iqtisadi potensialından istifadənin səmərəliliyinin artırılmasında, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində, məşğulluğun təmin edilməsində sahibkarlığın rolu böyükdür və özəl bölmənin iqtisadi inkişafda önəmi artır.

“Dövlətimizin başçısının siyasətinə həmişə sadiq olan və cəmiyyətin fəal hissəsini təşkil edən sahibkarlar inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli yeni mərhələdə də keyfiyyətcə öz nailiyyətləri ilə davamlı inkişafın istinadına çevriləcək. Bütün bunları nəzərə alaraq, çoxminlik Azərbaycan sahibkarları adından cari il aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəyimizi bildirirəm”, - deyə M.Musayev vurğulayıb.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafı iqtisadi siyasətin prioritet istiqaməti kimi müəyyən olunub. Dövlətimizin başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasətə uyğun olaraq, sahibkarlıq mühitinin davamlı şəkildə yaxşılaşdırılması, regionlarda infrastrukturun müasirləşdirilməsi, sahibkarlığın maliyyə təminatının artırılması, dövlət-özəl sektor münasibətlərinin inkişafı nəticəsində Azərbaycan iqtisadiyyatında regionların xüsusi çəkisi artmaqda davam edir.

Komitə sədri diqqətə çatdırıb ki, hər il Azərbaycanın iqtisadiyyatı daha da möhkəmlənir, iqtisadiyyatda keyfiyyət dəyişiklikləri baş verir, ölkədə vətəndaş həmrəyliyi güclənir. Bütün bunlar Azərbaycan Prezidentinin apardığı düşünülmüş siyasətin hesabına formalaşıb.

Xalqın qarşıdakı seçkilərdə düzgün mövqe tutacağına əminliyini ifadə edən Z.Səmədzadə hər bir şəxsi Azərbaycanın gələcəyi, onun qüdrətinin artması, beynəlxalq arenada nüfuzunun daha da möhkəmlənməsinə səs verməyə çağırıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev dövlətimizin başçısı İlham Əliyevin sahibkarlığın inkişafına böyük önəm verdiyini, ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu vurğulayıb. Bildirib ki, yeni iş yerlərinin yaradılmasında, işsizliyin və yoxsulluğun səviyyəsinin azaldılmasında özəl bölmənin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu baxımdan, işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsində həmkarlar təşkilatları ilə yanaşı, sahibkarlar da maraqlı olmalıdırlar.

“Azərbaycan xalqının sosial-iqtisadi həyatındakı uğurlar dövlətimizin başçısının apardığı siyasətin, həyata keçirdiyi strategiyanın nəticəsidir. Xalqımızın xoşbəxt, firavan gələcəyini görmək istəyiriksə, prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləməliyik”, - deyə Səttar Möhbalıyev qeyd edib.

Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib ki, Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi xüsusi diqqət bu gün öz bəhrəsini verməkdir. Ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun inkişafı sahibkarlığın inkişafından asılıdır. Ölkədə sahibkarların fəaliyyətinə dəstək olan bir çox layihələr həyata keçirilir, subsidiyalar verilir, vergi yükünün azaldılması istiqamətində mühüm addımlar atılır. Bütün bunlar Azərbaycan Respublikası Prezidentinin həqiqətən də sahibkarların dostu olduğunu göstərir. Bu səbəbdən aprelin 11-də dövlətimizin başçısı İlham Əliyevə səs verib Azərbaycanın uğurlu gələcəyi üçün çalışmağa davam edəcəyik.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev ölkə rəhbərliyinin bank sektorundakı siyasətinə toxunub. O deyib ki, 14 ildə Azərbaycanda bank aktivlərinin ümumi həcmi 27 dəfəyə yaxın artıb. Həmin dövrdə kredit portfelinin həcmi 19 dəfə, bank sektorunun depozit bazası 28 dəfə, əhalinin əmanətləri isə 30 dəfəyə yaxın artıb. Ümumilikdə kapitalın həcmində 20 dəfəyə yaxın artım müşahidə olunub. 188 milyon manatdan başlayan balans kapitalının həcmi bu gün 3,7 milyard manata çatıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenidən prezident seçilməsi ölkədə həyata keçirilən genişmiqyaslı islahatların və inkişaf layihələrinin uğurla davam etdirilməsinə imkan yaradacaq. Özündə 16 mindən artıq intellektual seçicini birləşdirən bank icmasının təmsilçisi olaraq Azərbaycan Banklar Assosiasiyasının adından İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyini dəstəkləyirik”, - deyə Z.Nuriyev vurğulayıb.

Tikinti Materialları İstehsalçıları Assosiasiyasının idarə heyətinin sədri, ASK-nın Rəyasət Heyətinin üzvü Elxan Bəşirov tikinti sektorunda görülən işlərdən, həyata keçirilən layihələrdən bəhs edib. Qeyd edib ki, dövlətimizin başçısının sahibkarlar üçün yaratdığı şərait, sahibkarlığın inkişafı ilə bağlı imzaladığı fərmanlar bu layihələrin həyata keçirilməsinə böyük stimul verib. Bunları nəzərə alan sahibkarlar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir və seçkilərdə hər birimiz bu dəstəyi nümayiş etdirməyə hazırıq.

“CTS-Aqro” MMC-nin direktoru, ASK-nın vitse-prezidenti Zakir Əzimov bildirib ki, 2018-ci ildə 35 hektar ərazidən 70 min ton pambıq istehsalı nəzərdə tutulub. Qarşıdakı illər ərzində isə bu rəqəmin 100 min tona çatdırılması planlaşdırılır. Z.Əzimov MMC-nin kollektivi adından Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini söyləyib.

Azərbaycan Türk İş Adamları Birliyinin idarə heyətinin sədri Camal Yanğın, “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, ASK-nın rəyasət heyətinin üzvü Abdulbari Gözəl, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova, Mebel İstehsalçıları Assosiasiyasının idarə heyətinin sədri Məşhur Məmmədov çıxış edərək Azərbaycan Prezidentinin sahibkarlara daim dəstək göstərdiyini, sahibkarlıq sahəsində həyata keçirilən islahatları və qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan geniş bəhs ediblər. Bildiriblər ki, 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcək, Azərbaycanın uğurlu gələcəyi naminə səs verəcəklər.

Konfransın sonunda bəyanat qəbul edilib.

Bəyanatda deyilir ki, bu gün ölkəmizin siyasi nüfuzuna və iqtisadi qüdrətinə arxalanan iş adamları ölkə daxilində və xaricində uğurla fəaliyyət göstərirlər. Görülmüş tədbirlər nəticəsində özəl bölmənin ümumi daxili məhsuldakı payı 80 faizdən çoxdur, məşğulluqda isə 75 faizi ötüb. Dövlətimizin başçısının müxtəlif tədbirlərdə, ölkəmizin şəhər və rayonlarında keçirdiyi görüşlərdəki çıxışları zamanı sahibkarların istək və təkliflərinə həssas münasibəti, bu sahədə imzaladığı fərman və sərəncamlar biz sahibkarları işimizə daha böyük həvəslə və peşəkarlıqla yanaşmağa ruhlandırır. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımız bundan sonra da böyük uğurlara imza atacaq, ölkəmiz daha da qüdrətlənəcək. Danılmaz faktdır ki, bu günədək Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevriliblər. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Yol Xəritəsinə uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühiti davamlı surətdə yaxşılaşır, qanunvericilik təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və onların inzibati yükünün azaldılması üçün məqsədyönlü işlər görülür. Bu siyasətin davamı olaraq, hər il 25 aprel tarixinin Azərbaycan Respublikasında Sahibkarlar Günü kimi qeyd edilməsi barədə Sərəncam da sahibkarlığın inkişafına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının əyani göstəricisi olmaqla, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan verib.

Bəyanat bu fikirlərlə yekunlaşır: “Biz - “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransın iştirakçıları cəmiyyətin fəal hissəsini təşkil edən çoxminlik sahibkarlar adından dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını, dövlətçilik ənənələrinin və demokratik təsisatlarının gücləndirilməsini, ölkənin beynəlxalq nüfuzunun və müdafiə qabiliyyətinin ciddi şəkildə möhkəmləndirilməsini, habelə onun şəxsində Azərbaycanın inkişaf perspektivlərinə etibarlı təminatı nəzərə alaraq aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyini dəstəklədiyimizi bəyan edirik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib