İQTİSADİYYAT


Sahibkarlar gömrük bəyannaməsinin doldurulması prosesində tətbiq edilən təkmilləşdirilmələr barədə məlumatlandırılıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində sahibkarlarla növbəti görüş keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov və müvafiq strukturların rəhbərləri, eləcə də Vergilər Nazirliyinin əməkdaşları və üçüncü şəxslər üçün mal idxal edən şirkətlərin nümayəndələri iştirak edib.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən gömrük sistemində aparılan islahatlar nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılıb. Görüşdə əsas məqsəd gömrük sistemində aparılan bir sıra yeniliklərlə sahibkarları daha ətraflı tanış etmək və iş adamlarının bundan yararlanmasını təmin etməkdir.

Tədbir iştirakçılarına gömrük bəyannaməsinin doldurulması prosesində tətbiq edilən təkmilləşdirilmələr barədə məlumat verilib, xüsusilə gömrük bəyannaməsinin 31-ci qrafasının doldurulması zamanı malların ətraflı və dəqiq təsvir edilməsinin vacibliyi vurğulanıb.

Daha sonra tədbir iştirakçıları gömrük sistemində aparılan islahatlar, şəffaflığın təmin olunması, gömrük əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsi, həmçinin məmur-vətəndaş təmasının minimuma endirilməsi istiqamətində görülən işlər barədə məlumatlandırılıb.

Sonda daşıyıcı şirkətlərin nümayəndələri təklif və rəylərini bildirib, onların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.