İQTİSADİYYAT


Sahibkarlar kənd təsərrüfatı məhsullarının istehsalı sahəsindəki dövlət dəstək mexanizmləri barədə məlumatlandırılıblar

Bakı, 18 avqust, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarların maariflənməsi məqsədilə “Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində mövcud dövlət dəstək mexanizmləri" mövzusunda görüş təşkil olunub.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Toxum Fondu, "Aqrar Tədarük və Təchizat" ASC və 50-yə yaxın sahibkarlıq subyekti iştirak edib. Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində keçirilmiş görüşdə maliyyə dəstək mexanizmləri barədə müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. Görüşdə iştirak edən müvafiq qurumların nümayəndələri tərəfindən gənc sahibkarları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.