İQTİSADİYYAT
Sahibkarlar kənd təsərrüfatı və aqrar inkişaf mövzularını müzakirə ediblər
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) tərəfdaşı olan Azərbaycan Kişi İş Adamları Birliyi (AKİAB) kənd təsərrüfatı və aqrar inkişaf mövzularına dair dəyirmi masa təşkil ediblər.
AQSİA-dan AZƏRTAC-bildirilib ki, görüşdə kənd təsərrüfatı və aqrar sahənin aktual mövzuları müzakirə edilib, kənd təsərrüfatı sahəsində dövlətin diqqət və qayğısından, ölkəmizdə aqrar sektorda həyata keçirilən islahatlardan bəhs edilib.
Görüşdə, həmçinin respublikanın prioritet inkişaf sahələrindən biri hesab edilən aqrar sektorda əldə olunan uğurlu göstəricilər diqqətə çatdırılıb.
Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadın sahibkarlar da iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]