İQTİSADİYYAT


Sahibkarlar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb

Bakı, 14 iyun, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə iyunun 14-də “Kommunikasiyanın və informasiyanın idarə olunması” mövzusunda təlim keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, təlimdə sahibkarlar, menecer və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar effektiv ünsiyyət, jest və mimikanın ünsiyyət prosesində rolu, işgüzar danışıqlar, görüş zamanı “30 saniyə qaydası” və sair barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.