İQTİSADİYYAT


Sahibkarlar növbəti onlayn seminarda iştiraka dəvət edilir

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sahibkarları iyunun 5-də keçiriləcək növbəti onlayn seminarda iştiraka dəvət edir.

Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, saat 16:00-da “Food CERT” şirkətinin təsisçisi Elmar Cəmilovun moderatorluğu ilə ASK-nın “Facebook” platforması üzərindən “Beynəlxalq sertifikatın sahibkara verdiyi dəyər” mövzusunda canlı yayım keçiriləcək. Canlı yayımda qida, kənd təsərrüfatı, sənaye, idarəetmə standartları haqqında ümumi məlumat, standartların tətbiqinin mərhələləri, beynəlxalq sertifikatın üstünlükləri, daxili və xarici səmərələr mövzuları müzakirə olunacaq.

Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının “Facebook” səhifəsini izləmək lazımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.