İQTİSADİYYAT
Sahibkarlar ticarətin maliyyələşdirilməsi üzrə məlumatlandırılacaqlar
Bakı, 29 oktyabr, AZƏRTAC
Noyabrın 6-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “PAŞA Bank”la birgə “Ticarətin maliyyələşdirilməsi” mövzusunda maarifləndirici tədbir təşkil edəcək.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, tədbir təlim xarakterli olmaqla “PAŞA Bank”ın nümayəndələri tərəfindən keçiriləcək. Tədbirdə ticarətin maliyyələşdirilməsində maliyyə alətlərinin rolu, təchizat zəncirinin maliyyələşdirilməsi, invosyların və alış sifarişinin maliyyələşməsi məhsulu və işləmə mexanizmləri, ekspress faktorinq məhsulu, tenderdə qalib olduqdan sonra tələb olunan qarantiyalar (icra, avans, maliyyə vəsaitlərinin saxlama qarantiyası), akkreditivlər, ixrac fəaliyyəti üçün nəzərdə tutulan ənənəvi kreditlər və sair barədə sahibkarlara məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:07]
® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib
- 24.04.2024 [12:01]
Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb
- 24.04.2024 [11:54]