İQTİSADİYYAT


Sahibkarlar üçün onlayn görüş imkanı yaradılıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Sahibkarlarla birbaşa ünsiyyət qurmaq imkanlarının genişləndirilməsi, eləcə də koronavirus (COVID-19) pandemiyası səbəbindən yerində görüşlərin keçirilməsinin və vətəndaş qəbullarının müvəqqəti olaraq məhdudlaşdırılması ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən vətəndaşlar və biznes subyektləri üçün onlayn görüş imkanı yaradılıb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, vətəndaşlar və sahibkarlar agentliyin rəhbər vəzifəli şəxsləri ilə görüşmək üçün “www.smb.gov.az” saytının “Vətəndaş qəbulu” bölməsinə daxil olmaqla onlayn görüş üçün müraciət edə bilərlər. Eyni zamanda, KOBİA digər elektron resurslardan, o cümlədən telefon rabitəsi (012 404-04-01, 131 Çağrı mərkəzi), internet vasitəsilə (“[email protected]” və sair) sahibkarlara informasiya, məsləhət və digər istiqamətlərdə məsafədən xidmətlərin göstərilməsini, biznes subyektlərini maraqlandıran sualların cavablandırılmasını davam etdirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.