İQTİSADİYYAT


Sahibkarlar üçün təlim təşkil olunub

Bakı, 14 sentyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-ların maliyyə savadlığının artırılması məqsədilə gənc və qadın sahibkarlar, o cümlədən biznes fəaliyyətinə yeni başlayanlar üçün “Maliyyə hesabatları və təhlili” mövzusunda təlim keçirib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) tərəfindən maliyyə hesabatlarının hazırlanması, maliyyə vəziyyəti və onun nəticələri, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti, maliyyə hesabatları əsasında qərarların qəbul olunmasına dair təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, KOBİA tərəfindən mikro, kiçik və orta biznes subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi məqsədilə dövlət-özəl əməkdaşlığı çərçivəsində mütəmadi olaraq müxtəlif tədbirlər, o cümlədən təlim, seminar və treninqlər təşkil edilir, sahibkarlar maarifləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.