Sahibkarlar üçün vebinar təşkil edilib
AzerTAg.az

Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən sahibkarlar üçün “Daşınar əmlakın yüklülüyü dövlət reyestrindən istifadənin üstünlükləri və istifadə üsulları” mövzusunda vebinar təşkil edilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, vebinarda Mərkəzi Bankın nümayəndələri tərəfindən reyestrin faydaları, daşınar əmlakın reyestrdə qeydiyyatı üsulları, daşınar əmlakın girov kimi cəlb edilməsi imkanlarının artırılması üçün sahibkarların görə biləcəyi işlər barədə görüş iştirakçılarına geniş məlumat verilib. Sonda mövzu üzrə sahibkarların sualları cavablandırılıb və müzakirə aparılıb.
Qeyd edək ki, vebinar dekabrın 8-9-da baş tutacaq “V Beynəlxalq Bankçılıq Forumu” çərçivəsində keçirilib.
Xəbərin mətnində orfoqrafik səhv var