İQTİSADİYYAT


Sahibkarlar və menecerlər motivasiya metodları barədə məlumatlandırılıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlar və menecerlər üçün “Motivasiya-həvəsləndirmə və mükafatlandırma” mövzusunda təlim keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, təlimdə motivasiya, onun növləri, motivasiya üsul və metodları barədə məlumat verilib, motivasiyanın şirkətin idarə olunmasında və səmərəliliyin artırılmasında əhəmiyyəti vurğulanıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sahibkar və menecerlərin marağı və müraciəti nəzərə alınaraq belə mövzularda təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.