Sahibkarlara “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir
AzerTAg.az
Bakı, 23 may, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 42-yə çatıb. “Startap” şəhadətnaməsi “E-legal” MMC-nin hüquq məsləhət xidmətlərinin, “Psixosən” MMC-nin psixoloq xidmətlərinin onlayn təşkili üzrə vasitəçilik xidməti və fərdi sahibkar Cavad İbrahimlinin kənd təsərrüfatı məhsullarının onlayn satış platforması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla https://smb.gov.az/az/nav/startap-sehadetnamesi linkindən tanış olmaq olar.

Xəbərin mətnində orfoqrafik səhv var