İQTİSADİYYAT


Sahibkarlarımız Özbəkistan-Azərbaycan Regionlararası Forumuna dəvət olunurlar

Sahibkarlarımız Özbəkistan-Azərbaycan Regionlararası Forumuna dəvət olunurlar

Bakı, 1 fevral, AZƏRTAC

Fevralın 23-24-də Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Özbəkistanın Ticarət və Sənaye Palatası və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçiriləcək.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Forum çərçivəsində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası, həmçinin sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunacaq.

Azərbaycan sahibkarları Özbəkistan-Azərbaycan Regionlararası Forumuna dəvət olunurlar. Forumda iştirak etmək istəyən sahibkarlar qeyd olunmuş link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.office.com/r/687cFpxMrQ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.